Kompüter seçməmişdən öncə nə üçün istifadə edəcəyinizi yaxşıca düşünün. Çünki kompüter həyatımızda və iş həyatımızda çox vacib yer tutur. Donma, qapanma olduqda işləmək həvəsimizi əməllicə boğur.
Əgər həyatınızı dizayn, memarlıq, mühəndislik, videoqrafika, oyunlara həsr etməyi düşünürsünüzsə o zaman sizə Oyun professional kompüterlər təklif edirik, çünki onların tərkibində Video card deyilən bir qurğu var - o kompüterinizin sürətinə cavabdehdi. Normalda 2060 Ti sürətli sayılır, lakin son nəsilə görə 3090 daha sürətlidir. Kompüter, yüklənmiş proqramlar daha tez açılırlar. Firma olaraq NVidea GeForce ən güclüsüdü, AMD isə biraz münasibdi.
Daha sonra Ram deyilən nazik çox böyük olmayan detal var - o da kompüterin cəldliyinə cavabdehdi, buna operativ yaddaş deyirlər. Yəni düşünün ki, siz bir neçə pəncərələr açmısınız. Bunlar fərqli fayllar, oyunlar, saytlar ola bilər. Kompüterin donmaması üçün həmin Ram detal vacibdir. bəzən IT mütəxəsissdən eşidə bilərsiniz ki, deyirlər proqramları bir bir açın, bir proqramla işlədikdən sonra bağlayın keçin növbəti proqrama. Belə aydın olur ki, eyni vaxtda bir neçə proqramla çalışmaq istəyirsinizsə kompüter donmadan, o zaman Ram daha böyüyünü əldə etməlisiniz. Normalda 8dən çox olması normaldı. Əlbəttə 16, 32, 64, 128 Ram larda mövcuddur.
Operativ yaddaşın növü isə DDR lə olan koddur. Deyim ki, DDR4 və DDR5 ən sonunculardı və məsləhətlidirlər, çünki əminəm son versiya proqram, oyunlar yükləmək istəyəcəksiniz.
Əlbəttə ki, bunları daşıyan prosessorda lazımdır. Markası tanınmış brend olmasına fikir verin, məsələn KİNGSTON, Dell və s. Prosessoru 3 növə ayırıram:
1) Cerelon, Pentium - gəti istifadə etməyin. Çox köhnə nəsildilər.
2) Ryzen yaxşıdı, həmdə münasibdir.
3) Core İ3, İ5, İ7, İ9 - bu seriyalar çox yaxşıdı və əlbətdə digər variantlara baxdıqda daha bahalıdırlar.
Bu məlumatları oxuduqca anlamaq olur ki, texnika heç zaman yerində dayanmır, hər il yenilənir, mükəmməlləşir və satışa buraxılır lap insanlar kimi. Bizdə işimizdə hər gün daha çox mariflənib dünənimizdən daha peşəkar olmağa cəhd etməliyik.
Комментарии
Отправить комментарий